16 
Dek
2021
00:35
162
14
1760
Virtual karabakh

Avropada sərnişinlərin əsas hissəsinin təyyarələrdən qatarlara və daxili su yollarına köçürülməsi gözlənilir

16 Dek, 2021
00:35
1760

Avropada sərnişinlərin əsas hissəsinin təyyarələrdən qatarlara və daxili su yollarına köçürülməsi gözlənilir

Avropa Komissiyası (EC) 2040-cı ilə qədər Avropada bütün qatarların sürətini ən azı 160 km/saata çatdırmağı Avropa İttifaqı (Aİ) ölkələrinə öhdəsinə qoyacaq.

Məqsəd elektrikləşdirilmiş dəmir yollarının rolunu artırmaq və ətraf mühitin çirklənməsinə qarşı mübarizədə hava nəqliyyatının rolunu azaltmaqdır.

Bu barədə Avropa Komissiyasının “Twitter” səhifəsində məlumat verilib.

“Bütün qatarlar 2040-cı ilə qədər 160 km/saat və ya daha sürətlə hərəkət etməlidir. 424 aparıcı şəhər dəmir yolu terminalları vasitəsilə liman və hava limanları ilə əlaqələndirilməlidir. Daha sürətli Avropa dəmir yolu marşrutları yaradılmalı və biletləri əldə etmək asan olmalıdır”, - deyə qeyd edilir.

Komissiya Aİ dövlətlərinin nəqliyyat sisteminin optimallaşdırılması layihəsini təqdim edib, bu sənəd 2030-cu ilə qədər yüksək sürətli uzun dəmir yolu marşrutlarının sayını iki dəfə, 2050-ci ilə qədər isə üç dəfə artırmaq məqsədini qarşıya qoyur. Bu yolla 2050-ci ilə qədər Aİ nəqliyyat sisteminin karbon emissiyalarını 90% azaltmaq üçün Avropada sərnişin axınının əsas hissəsini təyyarələrdən qatarlara və daxili su yollarına köçürmək gözlənilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri