27 
Dek
2021
20:50
87
75
2751
Virtual karabakh

Hökumət ölkədə təbii qaz təchizatının təşkili ilə bağlı qərarına dəyişiklik edib

27 Dek, 2021
20:50
2751

Hökumət ölkədə təbii qaz təchizatının təşkili ilə bağlı qərarına dəyişiklik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır.

Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir.

“Azərkontrakt” ASC-yə ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etmək həvalə olunub.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri