Yan
2022
18:12
21
323
3830
Virtual karabakh

Azərbaycandakı bankların maliyyə vəziyyəti AÇIQLANDI

“Bank sektoru 2021-ci ili olduqca müsbət nəticələrlə başa vurdu”.

Bu barədə “Report”a müsahibəsində “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov deyib. 

O bildirib ki, ilin əvvəlindən aktivlərin həcmi 11,1 faiz artaraq 2021-ci ilin noyabr ayının sonuna 35,6 milyard manat təşkil edib:

“Bankların verdiyi kreditlərin qalıq məbləğindəki artım isə daha sürətli olub, ötən ilin ilk 11 ayı ərzində 14,6 faiz artaraq 16,3 milyard manata yüksəlib. Kredit portfelinin problemli hissəsi isə 5 faizlik həddən aşağı enib, 786,3 milyon manatla portfelin cəmi 4,7 faizini təşkil edib.

Maliyyə institutları istisna olmaqla, banklarda yerləşdirilmiş depozitlərin həcmi isə 2021-ci ilin noyabr ayının sonuna 24,7 milyard manat təşkil edir. Başqa sözlə, hüquqi və fiziki şəxslərin banklarda yerləşdirdikləri vəsaitlərin məbləği il ərzində 19,4 faiz artıb. Fiziki şəxslərin banklara yerləşdirdiyi əmanətlərin məbləği isə artıq 9 milyard manatı keçib, il ərzində isə 10,7 faizlik artım göstərib”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri