19 
Dek
2014
17:24
103
19
8612
Virtual karabakh

Bakıya yeni gətirilən avtobuslar bu xətlərə buraxılacaq – SİYAHI

19 Dek, 2014
17:24
8612

Bakıya yeni gətirilən avtobuslar bu xətlərə buraxılacaq – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq.

Bakıya yeni gətirilmiş avtobusların hansı xətlərə buraxılacağı məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə AzərTAc-a açıqlamasında paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov bildirib.

Onun sözlərinə görə, bu günlərdə Bakıya Türkiyədə yerləşən zavodda yığılan “İsuzu” markalı 50 avtobus gətirilib.

“Avro 5” standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb. İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir”.

Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək.

“Yəni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bu, təhlükəsizlik baxımından vacib şərtdir. Bundan başqa, avtobusların yan şüşələri salona düşən Günəş işığını təxminən 80 faiz azaldır”, - deyə, F.Sadıqov bildirib.

Yeni avtobusların hansı istiqamətdə işləyəcəyi ilə bağlı sualı cavablandıran “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi qeyd edib ki, bu avtobuslar yaxın günlərdə əvvəlcə 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək.

Onun sözlərinə görə, gələn ilin əvvəllərində paytaxta əlavə 150 avtobus da gətiriləcək.

“Çalışırıq ki, sərnişinlərə, o cümlədən birinci Avropa Oyunlarında şəhərimizə gələcək qonaqlara yüksək keyfiyyətli, komfortlu xidmət göstərək”, - deyə F.Sadıqov əlavə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri