13 
Yan
2022
09:36
13
106
1068
Virtual karabakh

Ötən il aqrar sektor üzrə verilən güzəştli kreditin məbləği AÇIQLANDI

13 Yan, 2022
09:36
1068

Ötən il aqrar sektor üzrə verilən güzəştli kreditin məbləği AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin 11 ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4175 fiziki və hüquqi şəxsə 65,6 milyon manat məbləğində güzəştli kredit verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Bildirilib ki, verilən güzəştli kreditlərdən 39,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı mikrokreditlərdir.

Bununla yanaşı, 2021-ci ilin yanvar-noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən 7 607 kənd təsərrüfatı texnikasının satışı müəyyənləşdirilib. 2021-ci ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, həmçinin 194 fermerə 6279 baş damazlıq heyvan alışına 0,26 milyon manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri