13 
Yan
2022
16:36
173
72
3099
Virtual karabakh

Vejnəli qızıl yatağının hasilat tarixi AÇIQLANIB

13 Yan, 2022
16:36
3099

Vejnəli qızıl yatağının hasilat tarixi AÇIQLANIB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəngilan rayonunun Vejnəli qızıl yatağında ilkin tədqiqatlar aparılıb və filiz ehtiyatlarının öyrənilməsi başa çatıb.

Oxu.Az-ın Azərbaycanda qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkətindən əldə etdiyi məlumata əsasən, 2022-ci ilin ikinci yarısında mövcud mədəndən hasilata başlanılması üçün texniki araşdırma aparılır.

Bildirilib ki, bu yaxınlarda minatəmizləmə şirkəti ilə müqavilə imzalanıb və şaxtaya giriş yolunda, ətraf ərazilərdə, yeraltı mədəndə minaların, həmçinin tərk edilmiş digər döyüş sursatlarının tapılıb məhv edilməsi işlərinə artıq başlanılıb. Əməliyyatlara başlamazdan əvvəl bütün ərazinin təhlükəsizliyini təmin edilib.

Qeyd edək ki, şirkət tərəfindən Vejnəli yatağının faydalı ehtiyatlarının həcmi 10 957 ton həcmində müəyyən edilib ki, hər tondan 3,91 qram qızıl əldə olunması ehtimal edilir. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri