13 
Yan
2022
19:16
16
133
1595
Virtual karabakh

Nazirlik rəsmisindən KTN-in qarşısında duran əsas məqsədlərlə bağlı AÇIQLAMA

13 Yan, 2022
19:16
1595

Nazirlik rəsmisindən KTN-in qarşısında duran əsas məqsədlərlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci il üçün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) qarşısında duran əsas məqsədlərdən biri kimi iqlim dəyişikliyinin təsirinin neytrallaşdırması, su resurslarının səmərəli istifadə edilməsi, suya qənaət edən texnologiyların tətbiqinin genişləndirilməsi siyasətinin təşviqi nəzərdə tutulur.

Bu barədə Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, yeni texnologiyalar bitkilərin ehtiyaclarının daha çevik qiymətləndirilməsinə imkan verən daha müasir informasiya texnologiyaları sistemdir:

"Nazirlik rəqəmsal kənd təsərrüfatı pilot layihəsini Quba - Xaçmaz regionunda tətbiq edir. Nəticədə, fermərlərə operativ məlumatlar göndərilir. Bu il belə operativ texnologiyaların tətbiq olunacağı ərazilərin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, müasir suvarma sistemlərinin əkin sahələrindəki payının artırılması nəzərdə alınacaq. Müasir toxumçuluğun inkişafında iki məsələ nəzərdə alınacaq: Daha keyfiyyətli toxumalardan istifadənin genişləndirilməsi və yerli toxum üzrə potensialın gücləndirilməsi.

Bizdə elə toxumçuluq və tingçilik şirkətləri yaranıb ki, onlar beynəlxalq sertifikasiydan keçərək yaxın vaxtlarda region ölkələrinə məhsul ixrac edəcəklər. Bu il heyvanların identifikasiya sisteminin tətbiq edilməsinə başlanılması da nəzərdə tutulur.

Həmçinin, intensiv fermanın genişləndirilməsi kimi çağırışlar var. Fermerlərə məsləhət informasiya xidməti sisteminin yenidən qurulması və bütün fermerlərə əhatə edən bir sistemin yaradılması əsas vəzifələrdən biridir".

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri