18 
Yan
2022
11:48
107
49
4430
Virtual karabakh

Qarabağa getmək istəyənlər bileti haradan ala bilər?

18 Yan, 2022
11:48
4430

Qarabağa getmək istəyənlər bileti haradan ala bilər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağa səfərlər üçün biletlər yolumuzqarabaga.az saytından alına bilər və bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etməlidir”.

Oxu.Az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərovun sözlərinə görə, “ASAN login” vasitəsi ilə sayta daxil olanlar üçün buna ehtiyac yoxdur:

“Bu üsulla bilet almaq istəyən şəxslərin əlavə məlumatları daxil etməyə ehtiyacı yoxdur. Vətəndaş özü ilə digər şəxs üçün bilet almaq istəyirsə bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir".

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri