18 
Yan
2022
17:08
29
188
2743
Virtual karabakh

Ötən il Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI - FOTO

18 Yan, 2022
17:08
2743

Ötən il Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2021-ci ildə istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 2 043 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 94 ədəd və ya 4,8 faiz çoxdur.

11 ay ərzində ölkəmizdə 651 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Ümumilikdə isə 430,7 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz artıb, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 92,6 faiz azalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri