18 
Yan
2022
16:28
51
555
8344
Virtual karabakh

Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

18 Yan, 2022
16:28
8344

Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Metroda gediş haqqının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət edilməyib”.

Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropoliten sosialyönümlü nəqliyyat infrastrukturudur və daim dövlətin qayğısı ilə əhatə olunur.

“Pandemiya dövründə elan edilmiş xüsusi karantin rejimi müddətində sərnişindaşımanın azalması normal qarşılanmalıdır. Qeyd edilən dövrdə də metropolitenin işlək vəziyyətdə saxlanılması və zəruri xərclərin qarşılanması üçün “Bakı Metropoliteni” QSC-yə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.

Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında Bakı Metropoliteni də var. Bu səbəbdən gediş haqqı tarifi üzrə tənzimlənməni “Bakı Metropoliteni” QSC aparmır. Bununla bağlı, hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb”, - deyə qurum rəsmisi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri