18 
Yan
2022
18:28
19
625
10752
Virtual karabakh

Azərbaycanda iş saatı artıb

18 Yan, 2022
18:28
10752

Azərbaycanda iş saatı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci il yanvarın 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 303,9 min nəfər olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onlardan 4 milyon 988,2 min nəfərini məşğul əhali təşkil edib ki, bu isə 2020-ci illə müqayisədə 2,3 faiz çoxdur.

2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 673,4 min nəfər çalışıb.

2021-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq iş saatının miqdarı 147,7 saat təşkil edib. Qeyd edək ki, həmin göstərici 2020-ci ilin müvafiq dövründə 139 saatı təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri