21 
Yan
2022
15:56
86
21
2179
Virtual karabakh

Aqrar peşə məktəbi, kollec, innovasiyalar mərkəzi - Gəncədən REPORTAJ - FOTO

21 Yan, 2022
15:56
2179

Aqrar peşə məktəbi, kollec, innovasiyalar mərkəzi - Gəncədən REPORTAJ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 13 və 14-ü tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Gəncə şəhərlərinə mediaturu təşkil edilib.

Oxu.Az-ın da əməkdaşının iştirak etdiyi mediaturda 20-yə yaxın media nümayəndəsi iştirak edib. Mediaturun məqsədi ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələri və görülən işlər barədə insanları məlumatlandırmaqdır.

Mediaturda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri, struktur bölmələrinin rəhbərləri, ADAU-nun professorları iştirak edərək, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Kənd təsərrüfatı məhsullarının bol və keyfiyyətli olması, torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır.

Tur çərçivəsində jurnalistlər Azərbaycan Dövlət Aqrar Universitetində olub, təhsil müəssisəsində yaradılan yeni mərkəzlə tanış olublar. Universitetin rektoru İbrahim Cəfərov təhsil müəssisəsində savadlı kadrların artması üçün əllərindən gələni etdiklərini deyib.

Qeyd edək ki, ilk müasir yataqxana layihəsi məhz Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilib. Hər il universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir.

Həmçinin universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi də fəaliyyət göstərir.

Hazırda universitetin 560-dan çox professor-müəllim heyəti 6000-dən çox tələbəyə aqrar elmin dərinliklərini öyrədir. Son illər kənd təsərrüfatı ixtisaslarına qəbulda və keçid ballarının səviyyəsində artım qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq bu il tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb ki, bu da aqrar sahədə təhsilə marağın artdığını göstərir.

Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın 26-dan çox ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edir. Cari tədris ilindən etibarən Ege Universitetinin aparıcı alimləri universitetdə tədris prosesinə cəlb olunublar. Son illər ADAU-nun beynəlxalq əlaqələrinin genişlənməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Cari tədris ilində universitetə 171 əcnəbi tələbə qəbul olub.

Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar çoxşaxəlidir və perspektiv vəd edəndir. Azərbaycan dövlətinin fermerlərə verdiyi dəstək bir çox formada özünü göstərir və artıq nəticələrini də verməyə başlayır. Belə ki, kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlməyə doğru gedir. Bu isə öz növbəsində daxili bazarda yerli istehsal hesabına təklifin yüksəlməsinə, özünütəminetmə səviyyəsinin artımına, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaradır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib ki, dövlətin fermerə kənd təsərrüfatı texnikasının, cins heyvanların alınması və s. istiqamətlərdə dövlət dəstəyi davam etdirilir.

Jurnalistlərə verilən məlumatlarda 2022-ci il üçün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) qarşısında duran əsas məqsədlərdə yer alıb. Belə ki, qarşıda duran məqsədlərdən biri iqlim dəyişikliyinin təsirinin neytrallaşdırması, su resurslarının səmərəli istifadə edilməsi, suya qənaət edən texnologiyaların tətbiqinin genişləndirilməsi siyasətinin təşviqidir.

Həmçinin, nazirlik və aidiyyəti qurumlar tərəfindən intensiv fermanın genişləndirilməsi kimi çağırışlar da həyata keçirilir. Fermerlərə məsləhət informasiya xidməti sisteminin yenidən qurulması və bütün fermerlərə əhatə edən bir sistemin yaradılması da qarşıda dayanan əsas vəzifələrdən biridir.

Mediatur zamanı çəkilən fotoları təqdim edirik:

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri