18 
Yan
2022
18:51
72
197
1490
Virtual karabakh

ARDNF-in aktivləri 45 milyard dolları keçib

18 Yan, 2022
18:51
1490

ARDNF-in aktivləri 45 milyard dolları keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 025,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 3,35% çoxdur.

Bu barədə Oxu.Az-a Fonddan bildirilib.

Məlumata görə, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard dollar təşkil edib. Bunun isə 8,9 milyard dolları son 10 ildə əldə olunub.

2021-ci ildə ARDNF-in büdcə gəlirləri 15 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil edib.

Belə ki, Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 894,6 milyon manat, bonus ödənişlərindən 776,9 milyon manat, akrhesabı ödənişlərdən 5,3 milyon manat, tranzitdən isə 21,4 milyon manat gəlir əldə edib. Qurumun vəsaitinin idarə olunması hesabına gəliri isə 3 287,4 milyon manat olub.

Ötən il ARDNF 2021-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 11 350 milyon manat vəsait transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldib. Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 22,5 milyon manat təşkil edib.

Bundan başqa, qurum valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı 2 119,3 milyon manat büdcədənkənar xərcə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri