19 
Yan
2022
16:48
23
128
1420
Virtual karabakh

SOCAR 2021-ci ilə dair rəqəmləri AÇIQLADI - FOTO

19 Yan, 2022
16:48
1420

SOCAR 2021-ci ilə dair rəqəmləri AÇIQLADI - FOTO

2021-ci ildə SOCAR üzrə 61 644 metrə yaxın qazma işləri həyata keçirilib.

Oxu.Az-ın Dövlət Neft Şirkətindən əldə etdiyi məlumata əsasən, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3 faiz çoxdur.

Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7 892 079 ton neft, 7 857 594 000 kubmetr qaz hasil olunub.

Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz, qaz hasilatı isə 7 faiz çoxdur. Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam etdirilib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. 2020-ci illə müqayisədə qaz hasilatı 18,1 faiz artaraq, 43 862 101 000 milyard kubmetrə çatıb.

İl ərzində Azərbaycanda 34 575 992 ton xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən OPEC+ razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.

Qeyd edilib ki, 2021-ci ildə vaksinasiya proseslərinin sürətlənməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadi aktivliyi yüksəldib, müxtəlif sahələrdə canlanma yaradıb.

Neft sektorunda enerji resurslarına tələbatla paralel olaraq neftin-qazın qiymətləri də əhəmiyyətli dərəcədə artıb. Qlobal miqyaslı müsbət trendlərdən yararlanan SOCAR xərclərin optimallaşdırılması və istehsalatda səmərəliliyin yüksəldilməsi məqsədi ilə görülmüş tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail olub. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri