19 
Yan
2022
17:12
37
180
1297
Virtual karabakh

SOCAR-ın emal etdiyi neftin miqdarı böyük həcmdə artıb - FOTO

19 Yan, 2022
17:12
1297

SOCAR-ın emal etdiyi neftin miqdarı böyük həcmdə artıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6 657 359 ton neft, Qaz Emalı Zavodunda isə 3 762 990 000 kubmetr qaz emal edilib.

Oxu.Az-ın Dövlət Neft Şirkətindən əldə etdiyi məlumata əsasən, neft emalında 13,3 faizdən çox artım, qaz emalında isə nisbi azalma baş verib.

Bildirilib ki, 2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 023 373 ton olması da qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5 faiz çoxdur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri