19 
Yan
2022
18:32
20
117
1113
Virtual karabakh

Dövlət tərəfindən neçə təşkilat qeyri-yaşayış sahəsi ilə təmin edilib? - RƏSMİ

19 Yan, 2022
18:32
1113

Dövlət tərəfindən neçə təşkilat qeyri-yaşayış sahəsi ilə təmin edilib? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə daşınmaz dövlət əmlakının icarəsi sahəsində əldə olunmuş nəticələr açıqlanıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib.

Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. 2021-ci il ərzində ümumilikdə 1845 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 841-i qeyri-yaşayış sahələri üzrə, 1004-ü isə torpaq sahələrinə dair olub.  

Bununla yanaşı, ötən il 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1430 və ya 4,4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16,2 milyon manatdan artıq vəsait ödənilib və illik proqnoz 147,4 faiz  yerinə yetirilib.

Qeyd edək ki, 2019-cu illə müqayisədə 2021-ci ildə icarədən dövlət büdcəsinə 4,8 milyon manat və ya 41,7 faiz, 2020-ci illə müqayisədə isə 5,9 milyon manat və ya 57,4 faiz çox vəsait ödənilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən il 22 təşkilat qeyri-yaşayış sahəsi ilə təmin olunub. Bu təşkilatlara təqdim edilən qeyri-yaşayış sahəsi 29 015 kvadratmetrdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri