21 
Yan
2022
11:16
17
119
2188
Virtual karabakh

Azərbaycanda qaz müayinəsi və texniki xidmətlə bağlı YENİLİK

21 Yan, 2022
11:16
2188

Azərbaycanda qaz müayinəsi və texniki xidmətlə bağlı YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr yaradılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 iş günündən gec olmayaraq reyestrə daxil etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri