21 
Yan
2022
14:36
20
210
1496
Virtual karabakh

2022-ci ildə əsas hədəf: Hökumət süni qiymət artımına qarşı necə mübarizə aparacaq? - TƏHLİL

21 Yan, 2022
14:36
1496

2022-ci ildə əsas hədəf: Hökumət süni qiymət artımına qarşı necə mübarizə aparacaq? - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə qlobal miqyasda inflyasiya səviyyəsi ən yüksək həddə olub. Son illər ərzində dünyada anomal hava şəraiti, su ehtiyatlarının azalması, pandemiya ilə bağlı əmək böhranı və enerjiyə tələbin artması ilə dəyərin yüksəlməsi kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü büruzə verir. Xüsusilə də ehtiyatları azalan taxılın, o cümlədən buğdanın qiymətinin artması bir çox ölkələrin ərzaq təminatını təhlükə altında qoyur.

2021-ci il Azərbaycan üçün makroiqtisadi və maliyyə sabitliyi ilə yadda qaldı

Pandemiya böhranına, qlobal inflyasiyaya baxmayaraq, 2021-ci ildə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi təmin olundu. 2021-ci ildə ölkədə ümumi daxili məhsulun həcmi 5,6 faiz artaraq 92,8 milyard manatı təşkil etdi. Bu iqtisadiyyatımızın pandemiyaya baxmayaraq, 5,6 faiz böyüdüyünü göstərir. Qeyri-neft sektoru üzrə 7,2 faiz, sənaye istehsalı üzrə 5,2 faiz, qeyri-neft sənayesi üzrə isə 18,9 faiz artım qeydə alındı. Ötən il ərzində ölkənin strateji valyuta ehtiyatları da 2,5 milyard dollara qədər artaraq 53,2 milyard dolları ötdü. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə müqayisədə Azərbaycanda inflyasiya səviyyəsi nisbətən aşağı oldu. Ölkəmizdə orta illik inflyasiya 6,7 faiz, ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası isə 5,1 faiz təşkil etdi. İnflyasiyanın illik səviyyəsi isə 12 faiz idi.

Qlobal şokların Azərbaycana təsirləri 

Hazırda Azərbaycanda hökumət tərəfindən qlobal inflyasiyanın ölkəyə təsirlərini azaltmaq üçün tədbirlər həyata keçirilir. Ötən günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə əsas mövzu ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədaxili inflyasiyanın cilovlanması, eləcə də yüksək keyfiyyətli taxıl istehsalında sahibkarların fəaliyyətini stimullaşdıracaq subsidiyaların verilməsi və süni qiymət artımının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi idi.

Qlobal təsirlərin maksimum azaldılması üçün dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini hökumətə təqdim etmələri tapşırılıb. Növbəti dövrdə tədbirlər planı çərçivəsində inflyasiyanın formalaşmasında monetar və qeyri-monetar amillər nəzarətdə saxlanılacaq. Eləcə də, qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşma fonunda ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı və ərzaq idxalı 2,1 milyard dolları təşkil edir. Bu ümumi idxalın 18 faizi deməkdir. Mövcud amil müvafiq məhsulların ölkədaxili qiymətlərinə birbaşa təsir edir. Bu cəhətdən, kənd təfərrüatı sahəsində idxaldan asılılığı azaltmaq üçün keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması bu il prioritet məqsəd kimi müəyyən edilib. Bununla bağlı taxıl istehsalının artırılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyinə konkret tapşırıqlar verilib. Növbəti dövrdə də nazirliyin aidiyyəti qurumlarla birgə fermerlərin maraqlarını nəzərə alması, buğda əkini və onun istehsalı ilə bağlı verilən subsidiyaların məhsulun nəticəsinə yönəldilməsi mexanizmini hazırlayıb həyata keçirməsi gözlənilir.

Süni qiymət artımına qarşı hansı tədbirlərin görülməsi nəzərdə tutulub?

2022-ci ildə diqqətdə saxlanılacaq əsas məsələlərdən biri də süni qiymət artımı olacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, qiymətlərin süni şəkildə artımına yol verə biləcək addımların qarşısının alınması istiqamətində fəaliyyət gücləndirilib. Bu, 2022-ci ildə də prioritet istiqamət olacaq. 

Süni qiymət artımına qarşı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tədbirlər həyata keçirilir. Xüsusilə ölkədə unun və çörəyin qiymətinə nəzarət gücləndirilib. Süni qiymət artımının qarşısının alınması istiqamətində monitorinq və nəzarət tədbirləri artırılıb. Hazırda antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər davam etdirilir. Qanunvericiliyin pozulması halları aşkar olduğu təqdirdə ciddi tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bu gün respublikanın 68 şəhər və rayonları üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik monitorinqlər aparılır. Məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün səylər artırılıb.

Bu il də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq. 2022-ci ildə tətbiqinə başlanılan çevik və kompleks anti-inflyasiya proqramının qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verəcəyi gözlənilir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri