22 
Yan
2022
11:48
139
39
2392
Virtual karabakh

Beynəlxalq agentlik Azərbaycanın reytinqini TƏSDİQLƏDİ

22 Yan, 2022
11:48
2392

Beynəlxalq agentlik Azərbaycanın reytinqini TƏSDİQLƏDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci il üçün Azərbaycanın xarici və yerli valyutada uzun və qısamüddətli suveren kredit reytinqi “BB+/B” səviyyəsində təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Standard & Poor Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı hesabatında məlumat verib.  

Beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanla bağlı proqnoz isə “stabil” saxlanılıb. 

Bildirilib ki, əlverişli karbohidrogen qiymətləri Azərbaycanın fiskal və tədiyyə balansını dəstəkləyir və 2022-ci il üçün 2,7 faiz artım proqnozlaşdırılır.

Dövlət Neft Fondunda toplanmış vəsaitlər və əhəmiyyətli likvid aktivlər riskləri qismən azaldır.

Vurğulanıb ki, “stabil” proqnoz isə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanatın təmin edilməsi, əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının növbəti 12 ay ərzində Azərbaycanın fiskal və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlıdır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri