22 
Yan
2022
15:36
387
70
5357
yuxarı
Azərbaycan nefti 4 dollar bahalaşıb
22 Yan, 2022
15:36
5357
387
70
Azərbaycan nefti 4 dollar bahalaşıb
Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 91,44 ABŞ dolları təşkil edib.
Oxu.Az-ın məlumatına görə, son həftə ərzində neftin bir barelinin orta qiyməti ötən həftə ilə müqayisədə 3,99 ABŞ dolları qədər və ya 4,56 faiz artıb.
Həftə ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 20 yanvar tarixində qeydə alınıb və 92,89 ABŞ dollarına bərabər olub.
Son həftə ərzində Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 17 yanvar tarixində qeydə alınıb və 89,84 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, əvvəlki həftə ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 87,45 ABŞ dollarına bərabər olub.
Nigar Məmmədova
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
19 
May
2022
22:04
Azərbaycanla İran arasında neft-qaz əməkdaşlığının inkişafı müzakirə edildi
90
173
652
19 
May
2022
19:45
150 il ömrü olan EVLƏR: Onların müsbət və mənfi tərəfləri nələrdir? - FOTO
20
122
3440