24 
Yan
2022
12:34
49
33
2324
Virtual karabakh

Bu il büdcəyə ən çox ödəniş edəcək dövlət qurumlarının adları AÇIQLANDI

24 Yan, 2022
12:34
2324

Bu il büdcəyə ən çox ödəniş edəcək dövlət qurumlarının adları AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ildə dövlət büdcəsi gəlirlərinin 15,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin şöbə rəisi Faiq Orucov məlumat verib.

O bildirib ki, cari ildə Dövlət Neft Fondundan transfertlər və Dövlət Vergi Xidmətindən daxilolmalar da həmçinin dövlət büdcəsi gəlirlərinin əsas mənbələrini təşkil edir:

“Dövlət Neft Fondu tərəfindən ayrılan transfertlər dövlət büdcəsi gəlirlərinin 47,4 faizini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 32,9 faizini formalaşdırması nəzərdə tutulub”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri