24 
Yan
2022
12:56
209
67
974
Virtual karabakh

2-ci qrant müsabiqəsinin nəticələri fevral ayında açıqlanacaq - RƏSMİ

24 Yan, 2022
12:56
974

2-ci qrant müsabiqəsinin nəticələri fevral ayında açıqlanacaq - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bu məqsədlə keçirilmiş 1-ci qrant müsabiqəsinə 329 layihə daxil olub:

“Onlardan 15-i maliyyələşdirilib (yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətləri üzrə). Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir. 2021-ci ilin noyabr ayında isə elm və dəstək istiqamətləri üzrə sayca 2-ci qrant müsabiqəsi elan edilib (200 layihə təqdim edilib) və nəticələri 2022-ci ilin fevral ayında açıqlanacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri