24 
Yan
2022
13:02
234
81
2059
Virtual karabakh

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarların sayı AÇIQLANDI

24 Yan, 2022
13:02
2059

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarların sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub: 

“Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır. Müraciətlərin 27 %-i tikinti, 27 %-i ticarət və xidmət, 21 %-i sənaye, 18 %-i kənd təsərrüfatı və digər 7 %-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.

İşğalda azad olunmuş ərazilərin bərpası və iqtisadi dəyər zəncirinə re-inteqrasiyası istiqamətində həyata keçirilən tikinti-quruculuq işlərində dövlət özəl sektor tərəfdaşlığı (DÖST) modelinin geniş tətbiq edilməsi hədəflənir”. 

O.Məmmədov onu da bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatının fəaliyyəti barədə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinə məlumat verilib. 

“Belə ki, “Cocuq Mərcanlının İnkişafı” Fondu, KOBİA, TÜİB və TİKA-nın  dəstəyi ilə yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatlarında 40-dan çox kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulub”. 

“Həmçinin 44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib. Ümumilikdə 294 sahibkarlıq subyektinə dəymiş təqribən 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib”, - deyə O.Məmmədov qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri