24 
Yan
2022
12:52
208
102
982
Virtual karabakh

2021-ci ildə İsmayıllıda 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib - AÇIQLAMA

24 Yan, 2022
12:52
982

2021-ci ildə İsmayıllıda 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial sahibkarlığın inkişafı məqsədilə ötən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib. 2021-ci il də daxil olmaqla indiyədək 400-dən çox vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün agentliyin dəstək və xidmətlərindən faydalanıb”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, eyni zamanda “Çiçəklənən Abşeron” layihəsində aztəminatlı ailələrin iştirakı təmin olunmaqla, onların əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək davam etdirilib: 

“Agentlik tərəfindən qadın, gənc və əlil sahibkarlığın inkişafı məqsədilə tərəfdaş qurumlarla birgə “Məktəbim”, “Biznes emalatxanası”, “Əlil sahibkarlara dəstək” kimi layihələrə start verilib, onlar üçün təlimlər və müxtəlif tədbirlər (Gənc Sahibkarların II Forumu və s.) təşkil olunub. 

Regionlarda məşğulluğun və sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin birgə həyata keçirdiyi “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 2021-ci ildə İsmayıllı rayonunda 15 kənd qonaq evi istifadəyə verilib. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib. Layihə 2022-ci ildə Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında davam etdiriləcək. Layihə çərçivəsində daha 50 kənd qonaq evi yaradılacaqdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri