24 
Yan
2022
13:10
231
81
1103
Virtual karabakh

Orxan Məmmədov: “Ötən il “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə 66 müraciət daxil olub”

24 Yan, 2022
13:10
1103

Orxan Məmmədov: “Ötən il “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə 66 müraciət daxil olub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nazirlər Kabinetinin 29.01.2021-ci il tarixli Qərarı ilə “Startapın müəyyən olunması Meyarları” təsdiq edilib”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ötən ilin may ayından etibarən mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb: 

“Belə ki, ötən il “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə 66 müraciət daxil olub, Ekspertlər Şurasının səkkiz iclası keçirilib. İndiyədək mikro və kiçik sahibkarlıq subyektlərinə 32 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, inovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib”. 

“Xüsusilə qeyd edim ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edir”, - deyə O.Məmmədov qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri