24 
Yan
2022
14:20
336
111
1430
Virtual karabakh

KOBİA sədri: “Zəngilanda “Ağıllı kənd” çərçivəsində bir sıra qurumlar, sahibkarlar fəaliyyət göstərir”

24 Yan, 2022
14:20
1430

KOBİA sədri: “Zəngilanda “Ağıllı kənd” çərçivəsində bir sıra qurumlar, sahibkarlar fəaliyyət göstərir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azad olunan ərazilərə sahibkarlar tərəfindən maraq böyükdür. Hadrut və Şuşaya nisbətən digər rayonlar daha çox ziyana məruz qalıb”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. 

O bildirib ki, işğaldan azad olunan ərazilərdən infrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir: 

“Bütün rayonlara maraq var. Şuşa və Hadruta sahibkarlar cəlb edildi. Çörək sexi və digər sahibkarlıq obyektləri fəaliyyətə başladı. Zamanla bu kateqoriya üzrə işğaldan azad edilən digər rayonlarda da sahibkarlıq obyektləri fəaliyyət göstərəcək.

Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində bir sıra qurumlar, eləcə də sahibkarlar fəaliyyət göstərir. Fəaliyyət planı yekunlaşdıqdan sonra obyektlərin açılışları da baş tutacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri