24 
Yan
2022
17:52
29
161
1088
Virtual karabakh

Rəis müavini: “Pandemiya dövründə Astara Sərhəd Gömrük Keçid Məntəqəsində gündəlik yük həcmi azalmayıb”

24 Yan, 2022
17:52
1088

Rəis müavini: “Pandemiya dövründə Astara Sərhəd Gömrük Keçid Məntəqəsində gündəlik yük həcmi azalmayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya dövründə Astara Sərhəd Gömrük Keçid Məntəqəsində gündəlik yük həcmi azalmayıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abbasov məlumat verib.

O bildirib ki, idxal prosedurlarında yükdaşımaların həcmində pandemiyadan əvvəlki dövrlə müqayisədə kiçik fərq var: 

“23 yanvar 2019-cu il tarixinə 1 yük maşını, 150 dartıcı, 150 qoşqu ümumilikdə 301 nəqliyyat vasitəsi idxal əməliyyatını həyata keçirib. Dünən, 23 yanvar 2022-ci il tarixinə 2 yük, 143 dartıcı, 143 qoşqu, yəni ümumi 288 nəqliyyat vasitəsi idxal əməliyyatını həyata keçirib. Rəqəmlər arasında çox kiçik fərq var”. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri