DGK: “Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün rentgen qurğusu quraşdırılıb - FOTO
DGK: “Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün rentgen qurğusu quraşdırılıb - FOTO
“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün yeni rentgen qurğusunun quraşdırılması yekunlaşıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.
“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb”, - Dövlət Komitəsinin sədri qeyd edib.
“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb.#AzərbaycanGömrüyü30
— Safar Mehdiyev (@SafarMehdiyev_) January 24, 2022