25 
Yan
2022
11:36
146
26
1814
Virtual karabakh

Güloğlan Muradlı: “Narkoqaçaqmalçılıq faktlarının 99,8 faizi Azərbaycanın cənub sərhədlərində aşkarlanıb”

25 Yan, 2022
11:36
1814

Güloğlan Muradlı: “Narkoqaçaqmalçılıq faktlarının 99,8 faizi Azərbaycanın cənub sərhədlərində aşkarlanıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci ildə aşkar edilmiş narkoqaçaqmalçılıq faktlarının 99,8 faizi Azərbaycanın cənub sərhədlərində aşkarlanıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı məlumat verib.

O bildirib ki, qanunsuz dövriyyədən götürülən narkotiklərin 38 faizi Astara, 32 faizi Biləsuvar, 19 faizi Naxçıvan MR, Şahtaxtlı, 11 faizi isə digər gömrük postlarının payına düşür:

“Narkoqaçaqmalçılıq faktlarının 73 faizi (40 fakt), tutulan narkotiklərin 89 faizi (2 ton 703 kiloqram) cənub sərhədlərində olub. Belə ki, Cənub Ərazi Baş Gömrük idarəsinin Astara və Biləsuvar gömrük postlarında, Naxçıvan MR DGK-nin Şahtaxtı Gömrük İdarəsində, bir fakt üzrə 10,5 faizi (320,6 kiloqram) Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda, ümumilikdə isə narkotiklərin 99,5 faizdən çoxu yuxarıda sadalanan 4 gömrük orqanında qanunsuz dövriyyədən götürülüb”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri