25 
Yan
2022
13:40
182
48
1330
Virtual karabakh

KOBİA: “Qarabağda biznes qurmaq üçün 42 qadın müraciət edib”

25 Yan, 2022
13:40
1330

KOBİA: “Qarabağda biznes qurmaq üçün 42 qadın müraciət edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 42-si qadınlara aid olmaqla 980 müraciət daxil olub”.

“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, qadınların müraciətlərinin 24-ü investisiya layihələri, 18-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır.

“Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-i isə səhiyyə sahəsi üzrə olub. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və sosial inkişafında səmərəliliyə nail olunması, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadın sahibkarların rolunu önəmli hesab edirik. Son illərdə qadın sahibkarların sayının artması sözügedən ərazilərdə məşğulluğun inkişafına yardım edəcək. Bütün bunlarla yanaşı Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialı və sərmayə imkanlarına dair aktiv təbliğat işlərinin aparılması fəaliyyət gündəliyimizdə prioritet təşkil edir. Qadın sahibkarları işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında daha da fəal olmağa çağırıram. Əminəm ki, qadın sahibkarlarımız bu proseslərdə daha əhəmiyyətli funksiyaları öz üzərilərinə götürməyə hazır olmaqla, beynəlxalq təcrübədən bəhrələnərək Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər. Regionlarda, o cümlədən Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA müvafiq dəstək göstərəcək”, - O.Məmmədov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri