26 
Yan
2022
17:34
347
152
1436
Virtual karabakh

Azərbaycandan Türkiyəyə qaz ixracı artırılacaq

26 Yan, 2022
17:34
1436

Azərbaycandan Türkiyəyə qaz ixracı artırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. 

O bildirib ki, Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq:

“Bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri