27 
Yan
2022
11:48
244
48
1168
Virtual karabakh

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirildi - FOTO

27 Yan, 2022
11:48
1168

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik Biznes üzrə Beynəlxalq Şuraya (ICSB) üzv olan təşkilatlar mikro, kiçik və orta sahibkarlıq sahəsində Azərbaycan təcrübəsi barədə məlumatlandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, bu məqsədlə ICSB tərəfindən təşkil olunmuş onlayn tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Qeyd olunub ki, KOBİA ICSB ailəsinin üzvüdür və bu üzvlük biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə məlumat əldə etmək istəyən, eləcə də yerli KOB-larla əməkdaşlıqda və birgə layihələrin icrasında maraqlı olan xarici iş adamları da KOBİA-nın xidmətlərindən faydalana bilərlər.

Tədbirdə həmçinin, KOBİA-nın dəstək və xidmətlərinə dair təqdimat keçirilib, İCSB üzvlərinin Agentliyin fəaliyyəti barədə sualları cavablandırılıb. 

Qeyd edək ki, Kiçik Biznes üzrə Beynəlxalq Şura (The International Council for Small Business - ICSB) 1955-ci ildən etibarən fəaliyyət göstərir və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirir. ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir. KOBİA 2021-ci ildən təşkilatın üzvüdür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri