27 
Yan
2022
14:32
77
30
2011
Virtual karabakh

Əşyaların interneti ilə bağlı tədbir təşkil edildi

27 Yan, 2022
14:32
2011

Əşyaların interneti ilə bağlı tədbir təşkil edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) rəqəmsal iqtisadiyyat, süni intellekt, maşın öyrənməsi və əşyaların interneti sahəsində maarifləndirməni davam etdirir.

Nazirlikdən verilən məlumata görə, növbəti belə tədbir onlayn vörkşop formatda təşkil olunub. Keçirilən “IoTuesday” tədbirində Azərbaycanda əşyaların interneti texnologiyalarının tətbiqi üçün əsas faktorlar, IoT texnologiyasının üstünlükləri və tətbiq sahələri barədə müzakirələr aparılıb, izləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, 4SİM tərəfindən 2021-ci ilin oktyabr ayından başlayaraq rəqəmsal iqtisadiyyat, süni intellekt, maşın öyrənməsi və əşyaların internetinə həsr olunmuş “IoTuesday” və “frAIday” tədbirləri həyata keçirilir.

Məqsəd bu sahədə dövlət qurumlarının, özəl şirkətlərin, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin iştirakı ilə süni intellekt və maşın öyrənməsinin inkişafına dair fikir və təcrübə mübadiləsinin aparılmasıdır.

Qeyd edək ki, 4SİM tərəfindən əşyaların interneti mövzusunda ilk vörkşop 2021-ci ilin dekabrında keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri