14 
Apr
2022
12:30
319
19
2757
Virtual karabakh

Rusiyalı senatorla milyarderin bacısının superyaxtalarına HƏBS QOYULDU - FOTO

14 Apr, 2022
12:30
2757

Rusiyalı senatorla milyarderin bacısının superyaxtalarına HƏBS QOYULDU - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fici Respublikasının hakimiyyət orqanları rusiyalı senator Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Amadea” yaxtası Ficinin müstəsna iqtisadi zonasına hökumət orqanlarının müvafiq icazəsi olmadan daxil olduğu üçün saxlanılıb. Məlum olub ki, həmin gəmi rusiyalı senator Süleyman Kərimova məxsusdur.

Ölkənin qanunlarına əsasən, xarici gəmilər limana daxil olmaq üçün bir neçə dövlət idarə və agentliklərindən icazə almalıdırlar.

“Bloomberg”in məlumatına görə, Almaniyada, Hamburq limanında rusiyalı milyarder Alişer Usmanovun bacısı Gülbahar İsmayılovaya məxsus “Dilbər” yaxtası da müsadirə olunub. 156 metr uzunluğunda olan yaxtanın qiyməti 600 milyon dollardır.  

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri