19 
Apr
2022
22:51
44
213
13262
Virtual karabakh

Pensiyalarla bağlı qanuna dəyişiklik müzakirəyə ÇIXARILDI - FOTO

19 Apr, 2022
22:51
13262

Pensiyalarla bağlı qanuna dəyişiklik müzakirəyə ÇIXARILDI - FOTO

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

Əvvəlcə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən komitə sədri sənədin mahiyyəti barədə danışıb. Qeyd edib ki, müzakirəyə çıxarılan dəyişikliklər ölkəmizdə 2019-cu ildən başlayan dərin islahatlar paketinin tərkib hissəsi olan əmək pensiyaları sahəsində sosial ədalətin və sosial müdafiənin gücləndirilməsi tədbirlərinin davamıdır. Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərdən məqsəd əmək pensiyalarının təyinatının və ödənişinin təkmilləşdirilməsi, sığorta prinsiplərinə əsaslanan sistemin dayanıqlığının artırılması, elektron hökumət çərçivəsində avtomatlaşdırma işinin sürətləndirilməsidir. Dəyişikliklərin cəmiyyətin sosial sifarişindən qaynaqlandığını qeyd edən Musa Quliyev sənəddə bir sıra istiqamətlərdə vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasından danışıb.

Komitə sədri bu dəyişikliklərin qəbulundan 17-20 min vətəndaşın faydalanacağını və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcəyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri