20 
Apr
2022
11:52
286
18
987
yuxarı
“Shell” Rusiyadan işçilərini geri çəkməyə başladı
20 Apr, 2022
11:52
987
286
18
“Shell” Rusiyadan işçilərini geri çəkməyə başladı
Britaniyanın neft-qaz şirkəti “Shell” Rusiya layihələrindən işçilərini geri çağırmağa başlayıb. Bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ezam olunmuş onlarla işçi artıq mayeləşdirilmiş təbii qaz (MTQ) istehsalı zavodunun daxil olduğu “Saxalin-2” layihəsini tərk edib. Onlar “Shell”də işlərini davam etdirəcəklər və başqa layihələrə transfer olunacaqlar.
“Qazprom” və “Qazprom Neft” müştərək müəssisələrinə ezam olunmuş “Shell”in bütün əməkdaşları mərhələli şəkildə Rusiyadan çıxarılacaqlar.
Mənbə: Rambler.ru