27 
Apr
2022
16:54
40
193
10624
Virtual karabakh

Gələni vurur, gedəni vurur: “Prius” sürücülərinə zərbə - ARAŞDIRMA

27 Apr, 2022
16:54
10624

Gələni vurur, gedəni vurur: “Prius” sürücülərinə zərbə - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülər sığorta şirkətlərindən narazıdırlar. 

Onlar bildirirlər ki, sözügedən şirkətlər kiçik mühərrikli maşınları onlayn sığorta etmirlər. Bunu etməməkdə səbəb həmin maşınların risk qrupuna aid olmalarıdır. Hətta iddia edilib ki, “Toyota Prius” markalı avtomobili sırf modelinə görə onlayn sığorta etmirlər.

Sığorta eksperti Əli Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, qanunvericilik heç bir sığorta şirkətinə bu hüququ verməyib:

“Avtomobillərin icbari sığortası lisenziyası varsa, heç bir şirkət bunu etməkdən imtina edə bilməz. Nəqliyyat vasitəsinin sığortalanmaması kameralar vasitəsilə qeyd edilir və dərhal elektron şəkildə şəxs barəsində inzibati xəta protokolu tərtib olunur.

Bu, böyük bir problemdir. Sığorta şirkətləri öz öhdəliklərini icra etməlidir və icbari sığorta yazmaqdan imtina etməməlidirlər”.

O qeyd edib ki, dövlət tərəfindən məsələ nəzarətə götürülməlidir:

“Təəssüf ki, gün keçdikcə bu problem dərinləşir. Sığorta haqları yenidən hesablanmalıdır ki, problem həllini tapsın”.

İcbari Sığorta Bürosundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müraciət alan şirkətlər icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməzlər:

“Bu hal mövcud sığorta qanunvericiliyində öz əksini tapıb. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”.

Qeyd edilib ki, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz:

“Eyni zamanda, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə, onun bu istəyi sığorta şirkəti tərəfindən təmin olunmalıdır. Əks halla qarşılaşan vətəndaşlar (sürücülər) sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək hüququna malikdirlər”. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri