27 
Apr
2022
16:42
94
17
1274
Virtual karabakh

İstehlakçılara dəymiş ziyanla bağlı 118 min manat GERİ QAYTARILDI

27 Apr, 2022
16:42
1274

İstehlakçılara dəymiş ziyanla bağlı 118 min manat GERİ QAYTARILDI

2022-ci ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 1 975 müraciətə baxılıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkədə paylaşım edib. Bu dövr ərzində təmin olunan müraciətlər üzrə istehlakçılara 118 638 manat qaytarılıb, 11 535 manat dəyərində dəymiş ziyan ödənilib.

Müraciətlərin xarakterinə baxdıqda onların arasında malların (xidmətlərin) qüsurlu və keyfiyyətsiz olmasına dair şikayətlər çoxluq təşkil edir. Bütün müraciətlərin 56%-i malların qüsurlu və keyfiyyətsiz olmasına, 17%-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 3%-i müqavilə şərtlərinin pozulmasına, 1%-i istehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə, 23%-i isə digər istehlakçı hüquqlarının pozulmasına dair olub.

Qeyd olunub ki, 819 müraciət təmin olunub, 667 müraciətə dair izahat və tövsiyə verilib. Həmçinin, 296 müraciət üzrə araşdırmalar davam edir, 92 müraciət aidiyyəti orqana göndərilib, zəruri sənədlər təqdim edilmədiyi üçün 73 müraciətin baxılması dayandırılıb. 22 müraciətə dair ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 6 müraciətə dair aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri