5 
May
2022
18:54
298
46
1624
yuxarı
Azərbaycan neft hasilatını artırır
5 May, 2022
18:54
1624
298
46
Azərbaycan neft hasilatını artırır
OPEC+ nazirlərinin növbəti görüşü başa çatıb.
Alyans ölkələri iyun ayında ümumi hasilat səviyyəsini sutkada 432 min barel artırmaq barədə razılığa gəliblər.
Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, razılaşmada iyun ayı üzrə ölkəmizdə gündəlik neft hasilatının daha 7 min barel artırılaraq 695 min barrelə çatdırılması nəzərdə tutulub.
Həmçinin, görüş zamanı OPEC+ nazirləri geosiyasi amillərin və pandemiyanın neft bazarına davam edən təsirlərinə də diqqət çəkiblər.
OPEC+ nazirlərinin növbəti görüşü iyunun 2-də baş tutacaq.