17 
May
2022
01:13
263
27
3124
yuxarı
Yaponiya Rusiya qazına alternativ tapdı
17 May, 2022
01:13
3124
263
27
Yaponiya Rusiya qazına alternativ tapdı
“Mitsubishi Heavy Industries” şirkətinin rəhbəri Akihito Kato “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Yaponiya Rusiya qazından asılılığı azaltmaq üçün atom elektrik stansiyalarının fəaliyyətini bərpa edə bilər.
“Gələcəkdə Rusiyadan yanacaq idxalı asan olmaya bilər. İnsanlar başa düşürlər ki, biz xaricdən xammal idxal ediriksə, qeyri-sabitlik təhlükəsi hər zaman olacaq”, - deyə iş adamı bildirib.
Katonun sözlərinə görə, bir çoxları hazırda sabit enerji mənbəyi kimi qəbul edilən atom elektrik stansiyaları ilə bağlı fikirlərini dəyişib.