17 
May
2022
11:46
85
82
1018
Virtual karabakh

Mikayıl Cabbarov: “Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir”

17 May, 2022
11:46
1018

Mikayıl Cabbarov: “Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günə qədər Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avro investisiya yatırılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Aİ Azərbaycanın strateji ticarət tərəfdaşlarındandır:

“Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir”.

Nazir əlavə edib ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artması gözlənilir.

O bildirib ki, 2022-2026-cı illəri əhatə edən strateji plana uyğun olaraq Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı 60 faiz, məşğulluqda 70 faiz, qeyri-neft ixracında 40 faiz olacaq.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri