17 
May
2022
15:09
49
20
542
Virtual karabakh

Sənaye zonalarına qoyulan investisiyalarla bağlı AÇIQLAMA

17 May, 2022
15:09
542

Sənaye zonalarına qoyulan investisiyalarla bağlı AÇIQLAMA

İqtisadi Zonaların İnkişafı Agentliyi Avropa İttifaqı - Azərbaycan biznes forumunda panel iclasda iştirak edib. 

Oxu.Az-ın məlumatına görə, iclasda agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonalarının və aqroparkların təqdimatı ilə çıxış edib:

“2021-ci il yanvarın 22-də yaradılan İqtisadi Zonaların İnkişafı Agentliyi 6 sənaye parkının, 4 sənaye məhəlləsinin və 51 aqroparkın idarəedici təşkilatıdır. İndiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 58-i fəaliyyət göstərir.

Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10000-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 mlrd. manatdan çox məhsul istehsal edilib, bunun 2,1 mlrd. manatı (təqribən 32%-i) ixrac olunub”.

O bildirib ki, sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur:

“Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6% (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.

Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı mövcuddur. 4100-dən çox insan daimi, 5400-dən çox insan isə mövsümi işlərə cəlb edilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri