18 
May
2022
11:22
16
59
1433
Virtual karabakh

Azərbaycanda dövlət əmlakları hərraca ÇIXARILACAQ

18 May, 2022
11:22
1433

Azərbaycanda dövlət əmlakları hərraca ÇIXARILACAQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Nazirlikdən verilən məlumata görə, hərraca 32 dövlət əmlakı - 16 kiçik dövlət müəssisəsi və obyekti, bir yarımçıq tikili, 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Kiçik dövlət müəssisəsi və obyektləri arasında mağaza, kərpic sexi, yardımçı təsərrüfat var. Kiçik dövlət müəssisəsi və obyektlərin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 12-1 941 kvadratmetr arasında dəyişir.

Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1 000 - 15 000 manat, istehsal tarixləri isə 1997-2012-ci illər arasında dəyişir.

Tam siyahı ilə buradan tanış olmaq mümkündür.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri