18 
May
2022
11:49
48
95
1334
Virtual karabakh

İnam Kərimov: “İndiyədək təşkil edilmiş ən böyük sərgidir”

18 May, 2022
11:49
1334

İnam Kərimov: “İndiyədək təşkil edilmiş ən böyük sərgidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Bakıda Ekspo Mərkəzdə keçirilən “Caspian Agro” - 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və “InterFood Azerbaijan” - 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə yerli və xarici şirkətlərin böyük marağı var”.

Oxu.Az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılışında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 25-ə yaxın ölkədən 459-a yaxın şirkət sərgidə iştirak edir:

“Bu, indiyədək təşkil edilmiş ən böyük sərgidir. 450 iştirakçının 350-si xarici şirkətdir. Bunun səbəbi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir və bu sahəyə dövlət dəstəyinin olmasıdır. Əsas məqsədimiz sərgidə təqdim edilən yenilikləri fermerlərlə tanış etməkdir”.

Nazir qeyd edib ki, bu gün sərginin açılışında Baş nazir Əli Əsədov da iştirak edib:

“Eyni zamanda, İsrailin və Türkiyənin kənd təsərrüfatı nazirləri və nümayəndələri iştirak etdilər. Sərgi çərçivəsində ikitərəfli əməkdaşlığın məsələləri müzakirə ediləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri