18 
May
2022
15:29
83
15
1053
Virtual karabakh

Azərbaycanlı tələbələr Massaçusets Texnologiya İnstitutunun proqramında iştirak şansı əldə edəcəklər

18 May, 2022
15:29
1053

Azərbaycanlı tələbələr Massaçusets Texnologiya İnstitutunun proqramında iştirak şansı əldə edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (CQBK) tərəfdaşları Xəzər Universiteti ilə birgə “İnkişaf İqtisadiyyatı Akademiyası” layihəsinin icrasına başlayır.

Layihə çərçivəsində 20 tələbə Massaçusets Texnologiya İnstitutunun (MIT) “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramında iştirak etmək şansı qazanacaq.

Xəzər Universitetinin və digər yerli ali təhsil müəssisələrinin professorları seçilmiş 20 tələbəyə beş fənn üzrə həftəlik fasilitasiya dərsləri vasitəsilə “MicroMaster” proqramında uğurlu nəticələr əldə etməkdə kömək göstərəcəklər.

Layihə çərçivəsində seçilmiş tələbələrə mikroiqtisadiyyat, sosial elmlər üçün data təhlili, İnkişaf siyasətinin əsasları: ali inkişaf iqtisadiyyatı, siyasi iqtisadiyyat və iqtisadi inkişaf, təsadüfi qiymətləndirmələrin dizaynı və icrası fənləri tədris olunacaq.

Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramı ilə bağlı imzalanma mərasimində iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Xəzər Universiteti ilə SOCAR-ın birgə əməkdaşlığı nəticəsində həyata keçiriləcək proqramın icrasına böyük marağın olacağını bildirib, bir neçə mərhələli müsahibə və imtahanlar vasitəsilə ən yaxşı tələbələrin seçiləcəyinə inamını ifadə edib. O, həmçinin bu proqram məzunlarının Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verəcəyinə ümid etdiyini bildirib.

“SOCAR Midstream Operations” MMC-nin (SOCAR Midstream) İcraçı Direktoru Fuad Əhmədov isə qeyd edib ki, layihənin əsas məqsədi davamlı artan məlumatları şərh etmək, onları iqtisadi nöqteyi-nəzərdən hərtərəfli təhlil etmək və milli inkişaf strategiyalarının uğurlu icrası üçün davam edən və planlaşdırılan dövlət proqramlarına vaxtında töhfə vermək bacarığına malik gənc mütəxəssislərin yetişdirilməsidir.

Layihənin uğurlu nəticəsindən asılı olaraq, tələbələrə hər il bu və ya buna bənzər proqramlar üzrə davamlı dəstək verilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri