18 
May
2022
18:27
101
21
543
Virtual karabakh

ISESCO Qarabağda abidələrin bərpası üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır

18 May, 2022
18:27
543

ISESCO Qarabağda abidələrin bərpası üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslam Ölkələri Elm, Təhsil, Mədəniyyət Təşkilatı (ISESCO) işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəniyyət abidələrinin bərpasında Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə təşkilatın baş direktoru Səlim bin Məhəmməd əl-Malik deyib.

O qeyd edib ki, bu əməkdaşlıq ölkənin Mədəniyyət Nazirliyi ilə də qurulacaq.

“Biz mədəniyyət abidələrinin ISESCO-da qeydiyyata alınmasına nail olacağıq”, - o deyib.

Baş direktorun sözlərinə görə, o, 2021-ci ilin yanvarında Qarabağa səfər edib və bu ərazilərdə bəzi mədəniyyət abidələrinin dağıdılmasını öz gözləri ilə görüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri