20 
May
2022
15:06
178
17
1239
Virtual karabakh

Türkiyəli nazir Cocuq Mərcanlıda yerləşən suvenir istehsalı müəssisəsində olub - FOTO

20 May, 2022
15:06
1239

Türkiyəli nazir Cocuq Mərcanlıda yerləşən suvenir istehsalı müəssisəsində olub - FOTO

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi və Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən suvenir istehsalı müəssisəsində olublar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat müəssisə barədə məlumat veriblər. Qeyd olunub ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu,  TÜİB, KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb. 750 m2 ərazidə yerləşən Suvenir İstehsalı Müəssisəsinin 418 kvadratmetri istehsal sahəsidir. Burada əsasən milli ornamentlərə əsaslanan hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və s. məhsullar istehsal olunacaq.

Müəssisədə 25 nəfər Cocuq Mərcanlı kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulur.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində müəssisənin təqdimatı keçirilib.

Cocuq Mərcanlı kəndində Azərbaycan və Türkiyə tərəfindən birgə layihələrin icrası Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının daha bir nümunəsi olmaqla,  kəndin sosial-iqtisadi inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacaq.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri