21 
May
2022
13:32
392
28
1321
Virtual karabakh

Finlandiya Rusiya qazından imtina etdi

21 May, 2022
13:32
1321

Finlandiya Rusiya qazından imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiyanın “Gasgrid Finland” qaz nəqli şirkəti Rusiya Federasiyasından qaz tədarükünü dayandırdığını elan edib.

Bu barədə operatorun açıqlamasında bildirilir.

“İmatra” giriş məntəqəsi vasitəsilə qazın tədarükü mayın 21-də dayandırılıb. Finlandiya qaz bazarının tələb etdiyi qazın həcmi bazar iştirakçılarının verdiyi təkliflərə uyğun olaraq “Balticconnector” giriş məntəqəsi vasitəsilə Finlandiya qaz sisteminə idxal olunur”, - deyə mətndə deyilir.

Qeyd olunur ki, hazırda ölkənin qaz sistemi stabildir.

Bundan əvvəl bildirilmişdi ki, “Qazprom eksport” mayın 21-i səhər saat 07:00-dan (Bakı vaxtı ilə 08:00 – red.) Finlandiyanın “Gasum” dövlət enerji şirkəti ilə müqavilə əsasında Rusiya qazının nəqlini dayandırır. Buna səbəb Finlandiyanın aprel ayında verdiyi qazın pulunu ödəməməsi və ödənişləri rublla etməkdən imtinasıdır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri