24 
May
2022
12:51
90
12
738
Virtual karabakh

JICA-nın nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə tanış olublar - FOTO

24 May, 2022
12:51
738

JICA-nın nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə tanış olublar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin paylaşılması istiqamətində görüşlər və tədbirlər davam etdirilir. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan ofisinin nümayəndələri ölkəmizə səfər çərçivəsində KOB-lara göstərilən dəstək və xidmətlərlə yerində tanış olublar. 

Xaçmaz KOB Evində olan JICA-nın nümayəndələrinə məlumat verilib ki, KOB Evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB Evi fəaliyyət göstərir. Xaçmaz KOB Evində dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 250-dək xidmət göstərilir. 2021-ci ildə Xaçmaz KOB Evinə 27 mindən çox biznes subyekti və potensial sahibkar tərəfindən müraciət edilib. Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Yaxın vaxtlarda Bakı KOB Evi də sahibkarların istifadəsinə veriləcək. Xaçmaz KOB Evində sahibkarlara biznes təlimləri keçən və məsləhət xidmətləri göstərən KOB İnkişaf Mərkəzi (KOBİM) və sahibkarlara yerində xidməti təmin edən KOB Dostu Ofisi də fəaliyyət göstərir.

Hazırda KOBİM-lər ölkənin 21, KOB Dostu şəbəkəsi isə 33 şəhər və rayonunu əhatə edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri