25 
May
2022
10:35
89
10
786
Virtual karabakh

İtaliya şirkəti ilə Qarabağla bağlı əməkdaşlıq əlaqələri müzakirə edildi

25 May, 2022
10:35
786

İtaliya şirkəti ilə Qarabağla bağlı əməkdaşlıq əlaqələri müzakirə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İtaliyanın “Iveco Truck & Bus” şirkətinin Asiya bölgəsi üzrə rəhbəri Koray Kurşunoğlu, şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Roman Smirnov və digər əməkdaşları ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC-nin direktoru Samir İbadullayev arasında görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, görüşdə Sumqayıt Kimya Sənaye Parkında “Iveco” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, bu ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilən “Az-Tex-Import” MMC Parkın ərazisində “Iveco” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsini həyata keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri